Səhifə yüklənir. Bir az gözləyin...
Partnyorlar
a. Genericon PharmaƏtraflı... şirkətin rəsmi veb səhifəsi
Genericon yüksək keyfiyyətli ümumi generik dərman vasitələrinin inkişafı, istehsalı və satışı üzrə ixtisaslaşmış Avstriyanın əczaçılıq şirkətidir. 1986-cı ildə təsis olunmuş Genericon çox illik təcrübəsi ,peşəkarlıq və yüksək professionallığı, yüksək keyfiyyət standartlarına riayət etməsilə Avstriyanın ən hörmətli əczaçılıq şirkətlərindən birinə çevrilmişdir. Məhsulların geniş çeşidina ürək-damar, nevroloji, uroloji, mədə-bağırsaq və sair dərmanlar daxildir. Məhsul portfelinə daim baxılır və genişləndirilir. Hər il bir neçə yeni dərman təsdiq edilir və bazara təklif olunur. Genericon Avstriyanın aparıcı əczaçılıq şirkətlərindən biridir ki, illik səkkiz milyondan çox dərman istehsal edir.
b. Antibiotice SAƏtraflı... şirkətin rəsmi veb səhifəsi
Antibiotice dərman vasitələrinin istehsalı üzrə Rumıniyanın ən böyük üçüncü, nistatin istehsalı üzrə isə ən böyük özəl əczaçılıq şirkətidir. Antibiotice şirkəti 1955-ci ildə yaradılmışdır. Onun tədqiqat və inkişaf mərkəzi və istehsal obyektləri Lassidə (Rumıniya) yerləşir. 70-dən çox məhsulu ixrac üçün qeydiyyatdan keçirilmişdir. Antibiotice-in dünyada təxminən 120 biznes tərəfdaşı var. Antibiotice 12 terapevtik qrupu əhatə edən 148 dərman vasitələri və bioloji aktiv əlavələr istehsal edir.
c. AdipharmƏtraflı... şirkətin rəsmi veb səhifəsi
Adifarm şirkəti 1994-cü ildə təsis edilib və təxminən 20 ildir, ki insanların sağlamlığının qayğısına qalır. Şirkətin əsas fəaliyyəti dərman və qida əlavələrinin istehsalıdır. Uzun illər ərzində Adifarm şirkəti yüksək keyfiyyətli, effektiv və təhlükəsiz, həmçinin hər pasiyentin rahatlıqla əldə edə biləcəyi dərman vasitələrinin istehsalçısı kimi özünü təsdiq etmişdir.
d. Dr.FreiƏtraflı... şirkətin rəsmi veb səhifəsi
İsveçrə Markası Dr.Frei®  25 illik təcrübə və beynəlxalq bazarlara əhəmiyyətli məhsul ixracının ardından, ev istifadəsi üçün peşəkar və xüsusi tibbi cihaz spektri yaratmaq istiqamətindəki güclü təkan, tibb praktikləri, mühəndislərı və iş adamları arasında birgə əməkdaşlığa səbəb olub. Dr.Frei® nəznində bir sıra "Ev Həkimi" tərəfindən məhsul tam olaraq təsdiqlənmişdir. Dr.Frei məhsullarını hər hansı bir bazarda rəqabətə davamlı edən cəhəti onun ali İsveçrə keyfiyyəti, dizaynı və rəqabətə davamlı qiymətinin nəticəsidir. Dr.Frei nəzdindəki tibbi məhsullar apteklər, internet mağazaları, supermarketlər və digər obyektlər üçün kompleks bir təklif və kütləvi bazar üçün uğurlu bir layihədir.
e. Medpack FactoryƏtraflı... şirkətin rəsmi veb səhifəsi
Ən yüksək keyfiyyət, münasib qiymətə xidmət və dəstək sadəcə böyük sözlər deyil, MedPack-in fəlsəfəsinin və strateji baxışının ifadəsidir. Medpack - in Beynəlxalq ekspertlər qrupu qlobal miqyasda müxtəlif biznes sahələrində işləyir. Medpack iş ortaqlığından daha çoxunu təklif edir. Medpack Factory çoxlu cəlbedici imkanlara malik bazarda uzunmüddətli qarşılıqlı faydalı əlaqələr və birgə fəaliyyət təklif edir.
f. Danapha Pharmaceutical JSC, VietnamƏtraflı... şirkətin rəsmi veb səhifəsi
Danafa əczaçılıq şirkəti Vyetnamda ilk əczaçılıq şirkətlərindən biridir ki, Ümumdünya Səhiyyə Təşkilatının müvafiq istehsal sertifikatlarını almışdır. Danafanın modern zavodu yenilikçi texnoloji avadanlıqları, keyfiyyətə nəzarət, müasir istehsal və tədqiqat ilə yüksək beynəlxalq standartlara çatmışdır. Danafanın məhsulları ölkə daxili ilə yanaşı, Şərqi Avropa ölkələrinə, Rusiya, MDB ölkələrinə, Kuba, Tailand , Laosa ixrac olunur. Şirkət ABŞ, Afrika və Aİ ölkələrinə ixrac etməyi planlaşdırır.
g. VetpromƏtraflı... şirkətin rəsmi veb səhifəsi
Vetprom Bolqarıstanın əczaçılıq şirkətidir. Vetprom Bolqarıstanda və xaricdə fəaliyyət göstərir. Şirkət yaxşı təşkil və təchiz olunmuş tədqiqat şöbəsinə malikdir, şirkətdə yüksək ixtisaslı mütəxəssislər çalışır.
h. BIONƏtraflı... şirkətin rəsmi veb səhifəsi
Bion Corporation Pəhriz Əlavələrinin istehsalçısı və təchizatçısıdır. Bizim hərtərəfli məhsul xəttimiz uşaqlıqdan qızıl illərə qədər vacib sağlamlıq ehtiyaclarını qarşılayaraq həyat qayğısını zənginləşdirməyə yönəlib. BION IFS və HACCP tərəfindən təsis edilmiş GMP qaydaları və standartlarına uyğun olaraq istehsal olunan yüksək keyfiyyətli məhsulların istehsalçısıdır. Bizim ixtiyarımızda təlim keçmiş, yüksək ixtisaslı işçi heyəti, müasir, yaxşı təchiz olunmuş binalar və Aİ qaydaları və qanunvericiliyinin bütün tələblərinə cavab verən yüksək texnologiyalı maşınlar var. BION Korporasiyası insan sağlamlığı vizyonu ilə dünya bazarına yaxınlaşır. BION- un məqsədi bazarda tapıla bilən ən yaxşı istehsal texnologiyalarını davam etdirmək və müştərilərə ən yaxşı maddələr əsasında ən yaxşı məhsulları çatdırmaqdır. Bion Corporation, tablet, kapsul, şərbət, pediatrik damla şəklində pəhriz əlavələrinin müqaviləli istehsalında yüksək keyfiyyətli xidmətlər təklif edir. BION - un məsulları dünyanın ən tələbkar müştəriləri tərəfindən tanınmışdır.
i. EuBion CorporationƏtraflı...
Bion Corporation Pəhriz Əlavələrinin istehsalçısı və təchizatçısıdır. Bizim hərtərəfli məhsul xəttimiz uşaqlıqdan qızıl illərə qədər vacib sağlamlıq ehtiyaclarını qarşılayaraq həyat qayğısını zənginləşdirməyə yönəlib. BION IFS və HACCP tərəfindən təsis edilmiş GMP qaydaları və standartlarına uyğun olaraq istehsal olunan yüksək keyfiyyətli məhsulların istehsalçısıdır. Bizim ixtiyarımızda təlim keçmiş, yüksək ixtisaslı işçi heyəti, müasir, yaxşı təchiz olunmuş binalar və Aİ qaydaları və qanunvericiliyinin bütün tələblərinə cavab verən yüksək texnologiyalı maşınlar var. BION Korporasiyası insan sağlamlığı vizyonu ilə dünya bazarına yaxınlaşır. BION- un məqsədi bazarda tapıla bilən ən yaxşı istehsal texnologiyalarını davam etdirmək və müştərilərə ən yaxşı maddələr əsasında ən yaxşı məhsulları çatdırmaqdır. Bion Corporation, tablet, kapsul, şərbət, pediatrik damla şəklində pəhriz əlavələrinin müqaviləli istehsalında yüksək keyfiyyətli xidmətlər təklif edir. BION - un məsulları dünyanın ən tələbkar müştəriləri tərəfindən tanınmışdır.
j. DABUR INTERNATIONAL DUBAIƏtraflı... şirkətin rəsmi veb səhifəsi
Dabur Hindistanın Kəlküttə şəhərində kiçik bir xəstəxanada 1884-cü ildə fəaliyyətə başlayıb. 130 ildən çox təcrübəsi olan Dabur Hindistan Limited Hindistanda istehlak mallarının (kosmetik) ən böyük dördüncü istehsalçısıdır, onun kapitalının həcmi 4mlrd. ABŞ dolları, illik gəliri isə 1mlrd. ABŞ dolları həcmindədir. Dabur kosmetika sektorunun əsas seqmentləri üzrə fəaliyyət göstərir.
k. DABUR INTERNATIONAL INDIAƏtraflı... şirkətin rəsmi veb səhifəsi
Dabur International Dabur Hindistanın törəmə bir şirkətidir və baş qərargahı BƏƏ-nin Dubay şəhərində yerləşir. Dabur Interntioanal 2012 ci ildə yaradılmışdır.
l. Unique Pharmaceuticals LaboratoriesƏtraflı... şirkətin rəsmi veb səhifəsi
Unique Pharmaceuticals Laboratories əczaçılıq şirkəti 1976-ci ildə fəaliyyətə başlayıb. Unique Pharmaceuticals Laboratories 30-dan çox ölkəyə məhsul ixrac edir. Şirkətin qərargahı Hindistanın maliyyə paytaxtı sayılan Mumbayda yerləşir. İşçilərinin sayı 1000 nəfərdən artıqdır. Unique Pharmaceuticals Laboratories öz məhsulları üçün xüsusi patentlər almışdır: 24 - beynəlxalq patent 15 - daxili patent.
m. Nabros Pharma Pvt.LtdƏtraflı... şirkətin rəsmi veb səhifəsi
Nabros Pharma müstəqil əczaçılıq şirkəti 1983-cü ildə təsis edilmişdir. Bu illər ərzində Nabros Pharma əczaçılıq və yeyinti sənayesi üçün yüksək keyfiyyətli təmiz fosfolipidlərin ən böyük istehsalçısı oldu. Şirkət MDB, Afrika, Cənub-Şərqi Asiya, Latın Amerikası və Karib kimi beynəlxalq bazarlarda qeydiyyata alınıb və məhsullarını bu bazarlara uğurla ixrac edir. Nabros (Avropa xaricində) fosfolipidlərin yeganə istehsalçısıdır ki, bundan da qaraciyərin mülaicəsi və xolesterolun səviyyəsi tənzimləməkdə istifadə olunur.
n. SKant Healthcare LtdƏtraflı... şirkətin rəsmi veb səhifəsi
SKant Healthcare Ltd əczaçılıq firması SK Group-un bir parçası olaraq 1932ci ildə yaradılmışdır. İşçilərinin sayı 1200 nəfərdən çoxdur. SKant Healthcare Ltd-nin məhsulları dünya bazarının 50%-nə ixrac edilir. SKant Healthcare Ltd-nin 81 ölkədə 1000-dən çox dərman və qidaya aktiv əlavə məhsulları qeydiyyatdan keçmişdir.
o. West-Coast pharmaceutical works ltdƏtraflı... şirkətin rəsmi veb səhifəsi
1965-ci ildə qurulan WEST-COAST, ÜST GMP sertifikatlı əczaçılıq şirkətidir. Şirkət, xərçəng əleyhinə kapsul, hormonal kapsul və s. dərmanların istehsalçısıdır.
p. Guizhoua Tiandi Pharmaceutical Co., Ltd.Ətraflı... şirkətin rəsmi veb səhifəsi
Guizhoua Tiandi Pharmaceutical Co., Ltd. Guizhou əyalətindəki ən böyük inyeksiya istehsalı müəssisəsidir. 1995-ci ilin avqustunda təsis edilib və orijinal fabriki Xingyi şəhərində yerləşir. 2017-ci ilin avqust ayında, şəhərsalma planlaması və ətraf mühitin mühafizəsi tələblərinə uyğun olaraq, Tiandi Pharmaceutical Co., Ltd başqa yerlərə köçdü və 2018-ci ilin noyabr ayında Qianxinan Prefekturasındakı Yilong New Ərazisinin Hongxing Əczaçılıq Sənaye Parkında məskunlaşdı. Tiandi farmasevtik şirkəti 500-ə yaxın işçi, 5 böyük tutumlu inyeksiya istehsalı xətti, 24 inyeksiya çeşidi, 3 kiçik həcmli inyeksiya istehsalı xətti, 17 inyeksiya çeşidinə sahibdir. Böyük həcmli inyeksiyanın illik istehsal gücü 360 milyon şüşə (çanta), kiçik həcmli inyeksiyanın isə 100 milyon qutudur. Məhsullar əsasən Quizhou, Yunnan, Guangxi və Guangdong daxil olmaqla 18 əyalətə (regiona) satılır və Mərkəzi Asiyanın bəzi ölkələrinə ixrac olunur.