ММС
Ən dəqiq və müasir tonometr
Pharma
Şəffaflıq
Tetrada MMC
Stabillik
Effektlik
Novatorluq
Sağlam bədəndə sağlam ruh olar! (Platon) Xoş gördük, hörmətli izləyicilərimiz. Sizləri TETRADA MMC heyəti və şəxsən öz adımdan salamlayıram. Bildiyimiz kimi, bəşər tarixi qədər qədim olan əczaçılıq elmi min illərdir ən çətin anlarda insanların yanında olmuş, tibbi bilik və üsulları ilə müxtəlif xəstəliklərin müalicəsində yaxından iştirak etmişdir. Bəşər övladı hər sahədə olduğu kimi, əczaçılıq istiqamətində də daim axtarışlar aparmış, bu sənəti, bu elmi yeni-yeni kəşf və biliklərlə zənginləşdirmişdir. Qədim Mesopotomiya, Misir və Hindistan əczaçılığın beşiyi olmuş, orta əsrlərin başlanğıcında Yaxın Şərqin məşhur alimləri (xüsusən, türk, ərəb, və fars) bu sahəni xeyli inkişaf etdirmiş (İbn Sinanın “Tibbin qanunu” əsəri 5 əsr Qərbin stolüstü kitabı olmuşdur) və nəhayət, son dövrlərdə zəngin ənənədən faydalanan Avropa böyük uğurlara imza atmışdır. Qədim və orta əsrlərdə əczaçılıq sənəti dərmanların hazırlanması və xəstəliklərin müalicəsini özündə birləşdirirdi, yəni əczaçı eyni zamanda peşəkar həkim, Şərqlilərin dili ilə desək, Loğman idi. O Loğman ki, Şərq mədəniyyətində həm həkim idi, həm də müdrik insan sayılırdı, yəni vücudla yanaşı ruhun da təbibi idi. Nəhayət, elm və texnologiyanın inkişafı, biliklərin dərinləşməsi və zənginləşməsi elmlərin daxilində diferensiasiyanı gücləndirmiş, bir çox sahələr kimi, əczaçı və həkim peşələri də bir-birindən ayrılmışdır. Hətta dünyanın qloballaşması və böyük şirkətlərin istehsalla birlikdə elmi-tədqiqat müəssisələri funksiyasını yerinə yetirməsi fonunda bu sahənin marketinq istiqaməti də meydana gəlmişdir.
Tetrada Komandası