Səhifə yüklənir. Bir az gözləyin...
						
												
												
												
												
Dr.Frei mexaniki tanometr
Vatika Arqan 200 ml 400 ml

 

                                                                                 Sağlam bədəndə sağlam ruh olar! (Platon)

            

            TETRADA MMC-nin Rəhbərindən



       Xoş gördük, hörmətli izləyicilərimiz. Sizləri Tetrada MMC  heyəti və şəxsən öz adımdan                                 salamlayıram! 
     Bildiyimiz kimi, bəşər tarixi qədər qədim olan əczaçılıq elmi min illərdir ən çətin anlarda insanların yanında olmuş, tibbi bilik və              üsulları ilə müxtəlif  xəstəliklərin müalicəsində yaxından iştirak etmişdir. Bəşər övladı hər sahədə olduğu kimi, əczaçılıq                  
     istiqamətində də daim axtarışlar aparmış, bu sənəti, bu elmi yeni-yeni kəşf və biliklərlə zənginləşdirmişdir. Qədim Mesopotomiya,        Misir və Hindistan əczaçılığın beşiyi olmuş, orta əsrlərin başlanğıcında Yaxın Şərqin məşhur alimləri (xüsusən, türk, ərəb, və fars)        bu sahəni xeyli inkişaf etdirmiş (qeyd edək ki, İbn Sinanın “Tibbin qanunu” əsəri 5 əsr Qərbin stolüstü kitabı olmuşdur) və                        nəhayət, son dövrlərdə zəngin ənənədən faydalanan Avropa böyük uğurlara imza atmışdır.Qədim və orta əsrlərdə əczaçılıq sənəti      dərmanların hazırlanması və xəstəliklərin müalicəsini özündə birləşdirirdi, yəni əczaçı eyni zamanda peşəkar həkim, şərqlilərin dili ilə desək, Loğman idi. O Loğman ki, Şərq mədəniyyətində həm həkim idi, həm də müdrik insan sayılırdı, yəni vücudla yanaşı ruhun da təbibi idi.
Nəhayət, elm və texnologiyanın inkişafı, biliklərin dərinləşməsi və zənginləşməsi elmlərin daxilində diferensiasiyanı gücləndirmiş, bir çox sahələr kimi, əczaçı və həkim peşələri də bir-birindən ayrılmışdır. Hətta dünyanın qloballaşması və böyük şirkətlərin istehsalla birlikdə elmi-tədqiqat müəssisələri funksiyasını yerinə yetirməsi fonunda bu sahənin marketinq istiqaməti də meydana gəlmişdir.
    Şərqin bir parçası olan və bir çox müalicəvi bitkilərin vətəni sayılan Azərbaycanda da, təbii ki, əczaçılıq ənənələri olmuşdur. Ancaq Sovet dövründə ölkəmizdə dərman preparatlarının və tibbi ləvazimatların istehsalı və marketinqi də başqa sahələr kimi dövlətin inhisarında idi, xarici dövlətlərlə bu sahədə əməkdaşlıq etmək mümkün deyildi, tələb-təklif münasibətləri sərbəst nizamlanmırdı.
   Respublikamızın müstəqillik qazanmasından sonra azad iqtisadi sistemin bərqərar olması əczaçılıq sahəsinin inkişafında yeni perspektivlər açdı. Məhz Tetrada MMC  şirkəti olaraq biz də bu imkanlardan yararlanıb bir çox beynəlxalq şirkətlərlə əməkdaşlıq çərçivəsində əczaçılıq sektorunda öz fəaliyyətimizi qurduq.
     Bildiyiniz kimi, ABŞ, Avstriya, İsveçrə, Rumuniya, Polşa, Koreya, Hindistan kimi ölkələr dərman preparatları, tibbi ləvazimatlar və kosmetik vasitələrin istehsalı sahəsində xeyli nailiyyətlər əldə etmiş, tibbin, demək olar, bütün sahələri üzrə təcrübəli mütəxəssislər yetişdirmiş və texnoloji vasitələri xeyli təkmilləşdirmişdir. İndi artıq bir sıra ölkələrdə şirkətlər elmi-tədqiqat müəssisələri kimi də fəaliyyət göstərir, iri layihələrin maliyyələşdirilməsində və yeniliklərin istehsala tətbiqində yaxından iştirak edir. Belə şirkətlərlə əməkdaşlıq yeni və keyfiyyətli məhsulların vaxtında ölkəyə gətirilməsinə və gələcəkdə digər istiqamətlərdə birgə layihələrin təşkilinə imkan verməklə birlikdə mövcud tələbatın ödənilməsində də mühüm rol oynayır. Nəticə etibarilə bu gün şirkətimiz xarici ölkələrdən gətirdiyi dünya  standartlarına uyğun dərman preparatlarını, tibbi ləvazimatları və idxal sahəmizə yeni daxil etdiyimiz kosmetik vasitələri ölkəmizin bütün şəhər və rayon mərkəzlərinə çatdırır və dərman preparatlarının xüsusiyyətləri barədə əhalini məlumatlandırır.
     Bizim şirkət olaraq fəaliyyətimizin ən ali məqsədi sizin sağlamlığınızın qayğısına qalmaq və sizi məmnun etməkdir. Tetrada MMC olaraq istər təcrübəli kadr heyəti ilə, istərsə də təklif etdiyimiz məhsullarla həmişə sizin xidmətinizdə olmaqdan qürur duyuruq. İnsan üçün iki ən qiymətli nemətdən biri zamandırsa, digəri də sağlamlıqdır. Sağlamlığınız varsa, ümidiniz, ümidiniz varsa, hər şeyiniz var. Bizim də fəaliyyətimiz bilavasitə sağlamlığın bərpası və qorunmasına xidmət edir. Əsas prinsipimizin müştəri məmnunluğu olması da – bu, həm xidmət səviyyəsi ilə, həm də məhsulun keyfiyyəti ilə ölçülür – təsadüfi deyildir. Buna görə də sizin irad və təklifləriniz bizim üçün əhəmiyyətli meyardır.
    Şirkətimiz bu  günə  qədər  olduğu kimi,  gələcək  fəaliyyətini  də  sizin irad, təklif  və  fikirləriniz  üzərində  qurmaq  istəyir.  Vaxt ayırıb  dəyərli  irad və  təkliflərinizi   elektron poçt  ünvanımıza göndərsəniz, bizə işimizdə kömək etmiş olarsınız. Daima sağlam olmaq diləyilə!

   

İzdeliya Dolphi
Amla Hair Oil Anti Dandruff