Səhifə yüklənir. Bir az gözləyin...
						
												
												
												
												
Dr.Frei mexaniki tanometr
Vatika Arqan 200 ml 400 ml
Partnyorlar
Abbott NutritionƏtraflı... şirkətin rəsmi veb səhifəsi
Abbott Nutrition dünya miqyaslı Abbott şirkətinin bir qolu olaraq 1903-cü ildə yaradılmışdır. 2005-ci ilin dekabrından etibarən isə Abbott Nutrition International (ANI) adı altında fəaliyyət göstərməkdədir. ANI-nın yaradılması Abbottun böyüyən beynəlxalq tibbi qida istehsalı sahəsinə diqqətini artırmasına səbəb olmuşdur. ANI körpələr, uşaqlar və böyüklər üçün etibarlı, yenilikçi və effektiv tibbi qida istehsalçısı kimi ad qazanmışdır. ANI 40-ın üzəri ölkədə 4200 işçisi, planlanmış əlavə istehsal gücünə sahib beş istehsal təsisi ilə öndə gələn pediatrik və tibbi qida məhsulları markalarının dünya miqyasında istehsalı, paylanması və satışını həyata keçirir. ANI aşağıdakı beş istehsal təsisində fəaliyyət göstərməktədir: • Brockville, Kanada • Cootehill, İrlandiya • Granada, İspaniya • Sligo, İrlandiya • Zwolle, Hollandiya
AC Helcor S.R.L, RomaniaƏtraflı... şirkətin rəsmi veb səhifəsi
HELCOR Rumıniyanın ən böyük əczaçılıq şirkətlərindən biridir. Şirkət 20 ilə yaxın müddətdir ki, dərman vasitələrinin və bioloji aktiv əlavələrin istehsalı ilə məşğuldur. HELCOR ürək-damar, anti-infeksion, allergik, həzm, nevroloji və.s. kimi 9 tibb sahəsini əhatə edən 60-dan çox məhsul istehsal edir. HELCOR-da hal-hazırda 130-dan çox yüksək ixtisaslı kadr fəaliyyət göstərir.
ActavisƏtraflı... şirkətin rəsmi veb səhifəsi
Aktavis global bir əczacılıq sirkəti olub, dərman vasitələrinin və bioloji aktiv əlavələrin istehsalı, inkisafı və ticarəti istiqamətində fəaliyyət gostərir. Sirkət 1983-cu ilin yazında qurulmusdur. Aktavisin təqribən 100 olkədə ticarət əlaqələri vardır. Sirkətin bas ofisi Irlandiyanın Dublin səhərində, idarə mərkəzi isə Amerika Birləsmis Statlarının Nyu Cersi statında yerləsir. Aktavis eyni zamanda dunyanın ən boyuk ucuncu generik məhsullar istehsalcısıdır. Sirkət 5 qitədə muxtəlif təyinatlı dərman vasitələri və bioloji aktiv əlavələrin istehsalı ilə məsgul olan 40 istehsal zavoduna sahib olmaqla bu sahədə liderdir. Sirkətin istehsal muəssisələri ABS, Belcika, Braziliya Bolqarıstan, Kanada, Cin, Fransa, Almaniya, Yunanıstan, Islandiya, Hindistan, Indoneziya, Irlandiya, Simali-Irlandiya, Italiya, Malta, Puerto Riko, Rumıniya, Sinqapur, Serbiya, Tayland, Boyuk Britaniyada yerləsir..
AdipharmƏtraflı... şirkətin rəsmi veb səhifəsi
Adifarm şirkəti 1994-cü ildə təsis edilib və təxminən 20 ildir, ki insanların sağlamlığının qayğısına qalır. Şirkətin əsas fəaliyyəti dərman və qida əlavələrinin istehsalıdır. Uzun illər ərzində Adifarm şirkəti yüksək keyfiyyətli, effektiv və təhlükəsiz, həmçinin hər pasiyentin rahatlıqla əldə edə biləcəyi dərman vasitələrinin istehsalçısı kimi özünü təsdiq etmişdir.
Antibiotice SAƏtraflı... şirkətin rəsmi veb səhifəsi
Antibiotice dərman vasitələrinin istehsalı üzrə Rumıniyanın ən böyük üçüncü, nistatin istehsalı üzrə isə ən böyük özəl əczaçılıq şirkətidir. Antibiotice şirkəti 1955-ci ildə yaradılmışdır. Onun tədqiqat və inkişaf mərkəzi və istehsal obyektləri Lassidə (Rumıniya) yerləşir. 70-dən çox məhsulu ixrac üçün qeydiyyatdan keçirilmişdir. Antibiotice-in dünyada təxminən 120 biznes tərəfdaşı var. Antibiotice 12 terapevtik qrupu əhatə edən 148 dərman vasitələri və bioloji aktiv əlavələr istehsal edir.
AVVA-RUSƏtraflı... şirkətin rəsmi veb səhifəsi
AVVA RUS ASC əczaçılıq şirkəti İsveçrənin AVVA Pharmaceuticals AG şirkətinin törəmə bir şirkətidir. Şirkət qurulduğu gündən daha effektli orijinal və generik dərman vasitələrinin istehsalı üçün fəaliyyətində daima yenilikçi texnologiyaların tətbiqinə diqqət yetirir. Dərman vasitələrinin istehsalı istehsal sahəsi 11 400 kv.m ərazisində yerləşən AVVA RUS (Kirov) fabrikində aparılır. Zavod yüksək texnologiyalı avadanlıqlarla təchiz olunub və GMP beynəlxalq standartına uyğun bir neçə Rusiya şirkətindən biridir. Şirkət öz laboratoriya bazasına malikdir ki, bu da ona məhsullarının istehsalına çoxpilləli nəzarət etmək imkanı verir və yüksək texnoloji yenilikləri istehsala tətbiq etməyə şərait yaradır. AVVA RUS 60-a yaxın dərman vasitəsi istehsal edir. Onların arasında Laktofiltrum®, Filtrum® və s. kimi öz unikal markaları var.
Babuline Pharma Pvt. Ltd., IndiaƏtraflı... şirkətin rəsmi veb səhifəsi
Babuline 1928-ci ildən əczaçılıq bazarında fəaliyyət göstərir, markanın 80-dən çox yaşı vardır. Şirkət həmçinin əczaçılıq sahəsində distributorluq fəaliyyətilə məşğul olur. Babuline, bitki tərkibli məhsulları, ilk növbədə həzm səbəbiylə əlaqədar olan sancı və ağrının qarşısını almaq və həzmi asanlaşdırmaq üçün körpələr və uşaqlara tövsiyyə olunur. İxracat üçün olan məhsullar “babyMAX” Gripe Water və “babyMAX plus+” Gripe Water adı ilə istehsal olunur.
BinergiyaƏtraflı... şirkətin rəsmi veb səhifəsi
"Binergiya" - dinamik inkişaf edən əczaçılıq şirkəti olub, əsas fəaliyyət istiqamətini dərman məhsullarının istehsalı və inkişafına yönəltmişdir. "Binergiya" aparıcı istehsalçıların müasir laboratoriya avadanlıqları ilə təchiz olunmuş öz analitik nəzarət laboratoriyasına malikdir.
Brinsalov-A Russian FederationƏtraflı... şirkətin rəsmi veb səhifəsi
Bizim fəaliyyətimizin əsas məqsədi effektiv və yüksək keyfiyyətli dərman vasitələri istehsal etməklə müasir tibbin tələblərinə yüksək səviyyədə cavab verməkdən ibarətdir. Biz fəaliyyətimizdə istehlakçıların tələbatlarını və məmnuniyyətini əsas tuturuq. Bütün məhsullarımız ən ciddi beynəlxalq tələblərə cavab verir. Məhsulların inkişafı, istehsalı, saxlaması və satışına "Brınsalov-A" şirkətində keyfiyyət idarəetmə sistemi nəzarət edir. Bütün istehsal prosesi ekoloji standartlara uyğundur. Zavod tozların, zəhərli qazların və digər tullantıların toplanılması üçün ciddi beynəlxalq standartlara uyğun müasir sistemlərlə təchiz olunmuşdur. Biz yeni məhsulların yaradılması və istehsalın inkişfına yeni texnologiyaların tətbiq edilməsi üçün öz mənfəətimizdən investisiya edirik. Şirkət davamlı və sistematik olaraq dərmanların çeşidini genişləndirməyə çalışır, lakin öncəlikli olaraq zəruri tələbatlı dərmanların istehsalını həyata keçirir.
DABUR INTERNATIONAL DUBAIƏtraflı... şirkətin rəsmi veb səhifəsi
Dabur Hindistanın Kəlküttə şəhərində kiçik bir xəstəxanada 1884-cü ildə fəaliyyətə başlayıb. 130 ildən çox təcrübəsi olan Dabur Hindistan Limited Hindistanda istehlak mallarının (kosmetik) ən böyük dördüncü istehsalçısıdır, onun kapitalının həcmi 4mlrd. ABŞ dolları, illik gəliri isə 1mlrd. ABŞ dolları həcmindədir. Dabur kosmetika sektorunun əsas seqmentləri üzrə fəaliyyət göstərir.
DABUR INTERNATIONAL INDIAƏtraflı... şirkətin rəsmi veb səhifəsi
Dabur International Dabur Hindistanın törəmə bir şirkətidir və baş qərargahı BƏƏ-nin Dubay şəhərində yerləşir. Dabur Interntioanal 2012 ci ildə yaradılmışdır.
Danapha Pharmaceutical JSC, VietnamƏtraflı... şirkətin rəsmi veb səhifəsi
Danafa əczaçılıq şirkəti Vyetnamda ilk əczaçılıq şirkətlərindən biridir ki, Ümumdünya Səhiyyə Təşkilatının müvafiq istehsal sertifikatlarını almışdır. Danafanın modern zavodu yenilikçi texnoloji avadanlıqları, keyfiyyətə nəzarət, müasir istehsal və tədqiqat ilə yüksək beynəlxalq standartlara çatmışdır. Danafanın məhsulları ölkə daxili ilə yanaşı, Şərqi Avropa ölkələrinə, Rusiya, MDB ölkələrinə, Kuba, Tailand , Laosa ixrac olunur. Şirkət ABŞ, Afrika və Aİ ölkələrinə ixrac etməyi planlaşdırır.
FortexƏtraflı... şirkətin rəsmi veb səhifəsi
Fortex Nutrasyutikals Bolqarıstanda bioloji aktiv əlavələrin istehsalı üzrə ilk on şirkət arasında yer alır. Şirkət yüksək keyfiyyətli təbii məhsullar təklif edir. Fortex Nutrasyutikalsın məqsədi ənənəvi keyfiyyəti saxlamaqla, innovativ yenilikləri istehsala tətbiq etməklə öz portfelini inkişaf etdirmək və müştərilərin tələbatlarını təmin etməkdir.
Fresenius Kabi IndiaƏtraflı... şirkətin rəsmi veb səhifəsi
Fresenius Kabi dərman və infuziya üçün texnologiya, qan köçürülməsi və klinik qidaların istehsalında ixtisaslaşmış böyük bir şirkətdir. Fresenius Kabi məhsulları ağır və xroniki xəstələrə yardım üçün istifadə olunur. Fresenius Kabi-nin məhsul çeşidinə ümumi dərman vasitələri, infuziya və klinik qidalanma məhsulları və bu məhsulların tətbiqi üçün tibbi cihazların çeşidi daxildir. 2014-ci ilin məlumatlarına görə şirkətin 5,1 milyard €-dan çox satışı olub. Genericon is an Austrian pharmaceutical company that has specialised in the development, production and sales of top quality generics since its foundation in 1986. Genericon is one of the most respected pharmaceutical companies on the Austrian market thanks to decades of experience, a high level of professionalism and unconditional compliance with maximum quality standards.
Genericon PharmaƏtraflı... şirkətin rəsmi veb səhifəsi
Genericon yüksək keyfiyyətli ümumi generik dərman vasitələrinin inkişafı, istehsalı və satışı üzrə ixtisaslaşmış Avstriyanın əczaçılıq şirkətidir. 1986-cı ildə təsis olunmuş Genericon çox illik təcrübəsi ,peşəkarlıq və yüksək professionallığı, yüksək keyfiyyət standartlarına riayət etməsilə Avstriyanın ən hörmətli əczaçılıq şirkətlərindən birinə çevrilmişdir. Məhsulların geniş çeşidina ürək-damar, nevroloji, uroloji, mədə-bağırsaq və sair dərmanlar daxildir. Məhsul portfelinə daim baxılır və genişləndirilir. Hər il bir neçə yeni dərman təsdiq edilir və bazara təklif olunur. Genericon Avstriyanın aparıcı əczaçılıq şirkətlərindən biridir ki, illik səkkiz milyondan çox dərman istehsal edir.
Himalaya Drug CompanyƏtraflı... şirkətin rəsmi veb səhifəsi
Himalaya Drug Company M. Manal tərəfindən 1930-cu ildə Hindistanın Banqalor şəhərində yaradılmışdır.Şirkətin bütün məhsulları bitki tərkibi əsasında, “Himalaya Herbal Health" adı altında istehsal olunur. Himalaya Drug Company şirkətinin məhsulları dünyanın 90 ölkəsində satılır. İlk dəfə 1955-ci ildə istehsal olunan Liv.52 aparıcı məhsuludur.
ILDONG PHARMACEUTICALSƏtraflı... şirkətin rəsmi veb səhifəsi
Ildong Pharmaceutical Company 1941-ci ildə “insanlar bütün tibbin əsasıdır” şüarı ilə təsis olunmuşdur. İldong şirkəti keyfiyyət sahəsində öz rəqabət qabiliyyətliliyilə və istehsal potensialı, dərman texnologiyası və nou-xau, obyektlərin avtomatlaşdırılması, professional və ixtisaslı işçilərilə, stabil istehsal prosesi və sistem idarəetməsilə seçilir. "Anson zavodu" Anseon, Kyunggi-namdo dərmnların istehsalı öhtəlik daşıyır , Cheongju zavodu isə xammal istehsalı ilə məşğuldu. İki zavod da GMP qaydalarına uyğun işləyir.
Johnson & JohnsonƏtraflı... şirkətin rəsmi veb səhifəsi
Johnson & Johnson əsasən kosmetik və gigiyenik məhsullarının, tibbi avadanlıqların istehsalı ilə məşğul olan Amerikan şirkətidir. Baş ofisi Nyu-Brunsvik, Nyu-Cersi (ABŞ)-da yerləşir. Şirkət üç qardaş, Robert Wood Johnson, James Wood Johnson və Edward Mead Johnson tərəfindən 1886-cı ildə qurulmuşdur. İlkin ixtisaslaşma tibbi avadanlıqlar, tibbi yapışdırıcılar və tibbi sterilizasiyası məhsullarının istehsalı üzrə olub. Fəaliyyətin üç əsas sahəsi bunlardır: - İstehlak məhsulları - Tibbi avadanlıq - Əczaçılıq məhsulları Şirkətin tərkibinə dünyanın 50-dən çox ölkəsindən 230 şirkət daxildir; Johnson & Johnson məhsulları dünynın 175-dən çox ölkəsində satılır. İşçilərinin sayı 116 mindən çoxdur (2006-cı ildə). 2008-ci ildə şirkətin ümumi dövriyyəsi 63,7 milyard $, xalis mənfəəti isə 12,9 milyard $ olub.
LabormedƏtraflı... şirkətin rəsmi veb səhifəsi
LaborMed 1991-ci ildə yaradılan, dərman vasitələrinin istehslı ilə məşğul olan Rumıniyanın əczaçılıq şirkətidir. Generiklərin əsas istehsalçısıdır. Labormed 2012-ci ilin dekabr ayından Alvogen qrupunun bir hissəsi oldu. Alvogen beynəlxalq əczaçılıq şirkəti öz fəaliyyətini generiklərin, OTC dərmanlarının, biobənzər komplekslərin istehsalına yönləndirmişdir. Şirkət 2010-cu ildən Ruminiya əczaçılıq bazarında fəaliyyət göstərir. Yeni yaradılan şirkət LabormedAlvogen adlandırılmışdır. Alvogen dünyada 2000-dən çox işçisi ilə Avropa, Şimali Amerika və Asiyanın 30-dan çox ölkəsində fəaliyyət göstərir.
Lammberg GmbhƏtraflı... şirkətin rəsmi veb səhifəsi
LAMMBERG Company GmbH Almaniya şirkəti 2015-ci ilin yanvar ayından EVALAR GmbH adlandırılmışdır. Bu Avropa bazarlarına inteqrasiya etmək üçün edilmişdir. EVALAR GmbH davamlı olaraq bazar dəyişiklikləri tendensiyalarına nəzarət edir və onlara əməl edir. Şirkətin missiyası təbii maddələrdən yüksək keyfiyyətli məhsulların istehsalı ilə, istehlakçıların həyat keyfiyyətini yaxşılaşdırmaqdır. LAMMBERG GmbH şirkətinin istehsalına başladığı məhşur Anti Stress VL məhsulunu EVALAR-ın peşəkar işçiləri istehsala innovativ yenilikləri tətbiq etməklə sağlamlığın qorunmasına xidmət edir. İstehsal olunan bitki və digər təbii tərkibli məhsulların səmərəliliyi və keyfiyyəti yüksək səviyyədədir. Onlar qidaya aktiv əlvələr kimi istifadə olunur. EVALAR-ın orqanizm üçün çox böyük əhəmiyyəti olan vitamin məhsulları əla profilaktik təsir göstərir və insan sağlamlığını qoruyur.
Medana Pharma,PolandƏtraflı... şirkətin rəsmi veb səhifəsi
Medana Pharma SA Sieradz-də yerləşən öz fabriki ilə uşaq dərmanlarının və vitamin əlavələrinin istehsalı sahəsində liderdir. 2005-ci ildə yaradılan Medana Pharma SA Polpharma qrupunun bir hissəsidir. Şirkət GMP sertifikatına malikdir. Şirkət xidmətlərin istehsalı sahəsində geniş spektra malikdir. Medana Pharma-nın istehsal gücü 600 milyon kapsul, 800 milyon tablet, 25 milyon qutu suspenziya və 7,5 milyon borular və gel həcmindədir. Şirkət yüksək ixtisaslı mütəxəssislərin çalışdığı, yaxşı təşkil və təchiz olunmuş tədqiqat şöbəsinə malikdir.
Nabros Pharma Pvt.LtdƏtraflı... şirkətin rəsmi veb səhifəsi
Nabros Pharma müstəqil əczaçılıq şirkəti 1983-cü ildə təsis edilmişdir. Bu illər ərzində Nabros Pharma əczaçılıq və yeyinti sənayesi üçün yüksək keyfiyyətli təmiz fosfolipidlərin ən böyük istehsalçısı oldu. Şirkət MDB, Afrika, Cənub-Şərqi Asiya, Latın Amerikası və Karib kimi beynəlxalq bazarlarda qeydiyyata alınıb və məhsullarını bu bazarlara uğurla ixrac edir. Nabros (Avropa xaricində) fosfolipidlərin yeganə istehsalçısıdır ki, bundan da qarciyərin mülaicəsi və xolesterolun səviyyəsi tənzimləməkdə istifadə olunur.
POLPHARMAƏtraflı... şirkətin rəsmi veb səhifəsi
"Polpharma" əczaçılıq məhsulları və tibbi ləvazimatların böyük Polşalı istehsalçısıdır. Şirkət 1935-ci ildə yaradılmışdır, 2000-ci ildə Polşa kapitalı əsasında özəlləşdirilmiş, bu da onun inkşafına və yeni investitsiyanın cəlb olunmasına səbəb olmuşdur. Hal-hazırda "Polpharma" beynəlxalq əczaçılıq şirkətidir ki, Mərkəzi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya bazarının lideridir. Şirkətin Polşada və beynəlxalq bazarlarda təxminən 7500 nəfər işçisi vardır. "Polpharma Group" aşağıdakı şirkətlərdən ibarətdir: "Polpharma Farmasetikal Works" – iki zavodu Polşada Qdansk və Staroqard Duxnitsa- Varşava yaxınlığında yerləşir. "Polpharma Trade Den" - şirkəti Polşanın Varşava şəhərində yerləşir, satış və marketinqə cavabdehlik daşıyır. "Medena" Polşa əczaçılıq şirkəti zavodu Seradzedə yerləşir. "Polfa Warszawa" Polşanın ən böyük əczaçılıq şirkətlərindən biridir və zavodları Varşava və Nova Debe (Sanfarm)-da yerləşir. "Polpharma Group"-un məhsul çeşidinə 600-ə yaxın məhsullar daxildir. Şirkət yataq xəstələrinin müalicəsində istifadə olunan və reseptlə təyin olunan geniş bir çeşiddə dərman vasitələri istehsal edir. "Polpharma" şirkəti ürək, mədə-bağırsaq və nevroloji xəstəliklərində istifadə olunan dərman vasitələrinin istehsalı üzrə ixtisaslaşıb. İstehsal müasir, Good Manufacturing Practice (GMP) tələblərinə cavab verən zavodda həyata keçirilir. Şirkət istehsalda məhsulların keyfiyyətini, işçilərin sağlamlığını və ətraf mühitin mühafizəsi təmin etmək üçün ən son texnologiyalardan istifadə edir.
Pro NaturaƏtraflı... şirkətin rəsmi veb səhifəsi
Pronatura Medica Group-un bir hissəsidir. Medica tanınmış beynəlxalq brenddir ki, 1992-ci ildən Ruminya bazarında işə başlayıb və 5 böyük şirkətdən ibarətdir. Medica Group 1992-ci ildən yerli əczaçılıq bazarında öz iştirakını genişləndirmiş və yeni terapevtik sahələrdə özünü göstərmişdir. Pronatura dərman vasitələri və qidaya aktiv əlavələr istehsalı edir.
SalixƏtraflı... şirkətin rəsmi veb səhifəsi
Salix şirkəti tibb sahəsində qida məhsullarının, bioloji aktiv əlavələrin və üzvü qida məhsullarının istehsalı və pəhriz üzvi ərzaq qida inkişaf və istehsal məqsədi ilə yaradılmışdır. Bugün Salix müasir və effektiv istehsal şirkətlərdən biridir və öz müştəriləri üçün pəhriz və qida məhsullarının hazırlanma layihələrində \\\"Full & Tailor made service\\\" ilə əməkdaş olaraq fəaliyyətini davam etdirir.
Serum Institute of India LtdƏtraflı... şirkətin rəsmi veb səhifəsi
Serum İnstitutu Ltd. Hindistan 1966-cı ildə təsis edilmişdir. Hal-hazırda dünyada peyvənd istehsalı üzrə ən böyük istehsalçılardandır. Serum-un məhsulları dünyanın 140 ölkəsində satılır. Serum İnstitute-un zavodu ən yüksək beynəlxalq standartlara uyğun tikilmişdir. Keyfiyyət sistemi elə qurulmuşdur ki, istehsal olunan məhsullar təmiz, yüksək keyfiyyət və təhlükəsizliyə cavab verir.
SevapharmaƏtraflı... şirkətin rəsmi veb səhifəsi
«SEVAPHARMA» şirkəti müasir bir şirkət olub, laborator diaqnostika üçün immunoloji dərman, peyvənd və reagentlər istehsalı üzrə ixtisaslaşmışdır. Şirkətin prioritet istiqaməti diaqnostika və allergik xəstəliklər üçün allergen istehsal etməkdir. «SEVAPHARMA» əczaçılıq şirkəti Çexiyada tibbi immunologiyanın inkişafı tarixi və ənənələri ilə yaxından bağlıdır. 1994-cü ildə peyvənd və vaksinlərin istehsalı ilə məşğul olan «SEVAK» İnstitutu yaradılmış, 3 il sonra isə «SEVAPHARMA» şirkət ondan ayrılmışdır.
SKant Healthcare LtdƏtraflı... şirkətin rəsmi veb səhifəsi
SKant Healthcare Ltd əczaçılıq firması SK Group-un bir parçası olaraq 1932ci ildə yaradılmışdır. İşçilərinin sayı 1200 nəfərdən çoxdur. SKant Healthcare Ltd-nin məhsulları dünya bazarının 50%-nə ixrac edilir. SKant Healthcare Ltd-nin 81 ölkədə 1000-dən çox dərman və qidaya aktiv əlavə məhsulları qeydiyyatdan keçmişdir.
so.se.pharm srlƏtraflı... şirkətin rəsmi veb səhifəsi
So.Se.PHARM İtalyanın əczaçılıq şirkətidir. So.Se.PHARM-ın məhsulları dünyanın 43 ölkəsində satılır. So.Se.PHARM-da 220-dən çox işçi çalışır. So.Se.PHARM-da keyfiyyət sistemi elə qurulmuşdur ki, istehsal olunan məhsullar təmiz, yüksək keyfiyyət və təhlükəsizliyə cavab verir.
STS cosmeticsƏtraflı... şirkətin rəsmi veb səhifəsi
STS Holding Group Bolqarıstanın Qabrovo şəhərində 1990-ci ildə təsis edilmişdir. Bu illər ərzində şirkət Bolqarıstanda və xaricdə etibarlı və yenilikçi tərəfdaş kimi tanınmış və şöhrət qazanmışdır. Şirkət yeni minilliyə şəxsi gigiyena vasitələrinin - təraşdan sonra istifadə üçün gel, diş pastası növləri, saç boyaları, şampunlar və saç kondisionerləri, əl və üz kremlər, balzamların aparıcı istehslçısı və ixracatçısı kimi qədəm qoydu. STS şəxsi brendləri ilə kosmetikanın bütün sahələrində - uşaq, qadın və kişilər təmsil olunur.
Tentan AGƏtraflı... şirkətin rəsmi veb səhifəsi
“Tentan AG”-nin əsası 1988-ci ildə qoyulub və İsveçrədə İtinqine, Bazel-Landda yerləşir. Michel Schaer bu kiçik, ailəvi şirkətin prezidentidir. Şirkət GMP standartlarına müvafiq olan yüksək keyfiyyətli məhsulların istehsalına böyük əhəmiyyət verir. Onun məhsullarının əksəriyyəti İsveçrədə istehsal olunur. “Tentan AG” müştərilərin məmnunluğu və sağlamlığı üçün çalışır. Məhz buna görə də, şirkət həmişə öz çeşidinə yeni innovasion məhsulların daxil olması üçün maraq göstərir. Onun beynəlxalq mütəxəssislər heyəti gələcəkdə sizi proqressiv və müalicəvi məhsullarla təmin etməkdə davam edəcək.
Unique Pharmaceuticals LaboratoriesƏtraflı... şirkətin rəsmi veb səhifəsi
Unique Pharmaceuticals Laboratories əczaçılıq şirkəti 1976-ci ildə fəaliyyətə başlayıb. Unique Pharmaceuticals Laboratories 30-dan çox ölkəyə məhsul ixrac edir. Şirkətin qərargahı Hindistanın maliyyə paytaxtı sayılan Mumbayda yerləşir. İşçilərinin sayı 1000 nəfərdən artıqdır. Unique Pharmaceuticals Laboratories öz məhsulları üçün xüsusi patentlər almışdır: 24 - beynəlxalq patent 15 - daxili patent.
Vecchi C.PiamƏtraflı... şirkətin rəsmi veb səhifəsi
Piam İtalyan əczaçılıq şirkəti Genuya (İtalya) şəhərində 1915-ci ildə qurulmuşdur. Əsas istiqamət nadir xəstəliklər üçün dərman vasitələrinin istehsalıdır. Piam GMP standartlarına uyğun yüksək ixtisaslı tərəfdaşlarla əməkdaşlıq edir. Piam istehsalda beynəlxalq sertifikatlara uyğun olan və bazarda ən keyfiyyətli sayılan xammaldan istifadə edir.
VetpromƏtraflı... şirkətin rəsmi veb səhifəsi
Vetprom Bolqarıstanın əczaçılıq şirkətidir. Vetprom Bolqarıstanda və xaricdə fəaliyyət göstərir. Şirkət yaxşı təşkil və təchiz olunmuş tədqiqat şöbəsinə malikdir, şirkətdə yüksək ixtisaslı mütəxəssislər çalışır.
ZeinpharmaƏtraflı... şirkətin rəsmi veb səhifəsi
ZeinPharma ® Alman əczaçılıq şirkətidir. Şirkət Almaniyada bioloji aktiv əlavələrin ən böyük istehsalçısıdır. İstehsalda yüksək keyfiyyətli xammaldan istifadə olunur. ZeinPharma ® şirkətinin məhsulları yüksək ixtisaslı mütəxəssislərin nəzarəti altında istehsal olunur. ZeinPharma ® şirkətinin məhsulları Almaniyada istehsal olunur və yüksək keyfiyyət tələblərinə cavab verir.
İzdeliya Dolphi
Amla Hair Oil Anti Dandruff